Nazirlər Kabinetindən vacib səlahiyyət alınır

Silahların və strateji materialların ixracı üzərində nəzarət səlahiyyəti Nazirlər Kabinetindən alına bilər.Oxu.az   xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan "Müdafiə haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.Layihəyə əsasən, sözügedən səlahiyyətin Nazirlər Kabinetindən alınması təklif olunur.Qüvvədə olan qanunvericiliyə görə, Nazirlər Kabineti silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31