"Bu cür əməllər birbaşa hüquqi məsuliyyət doğura biləcək xarakter daşıyır" - ÖZƏL
18:59 Siyasət"Əslində, bu cür halların baş verməsinin arxasında müəyyən dairələrin təxribat cəhdlərinin dayandığını düşünürəm. Belə şəxsləri önə verərək süni şəkildə mənfi tendensiya yaratmağa çalışırlar. Bu isə, əlbəttə ki, qəbuledilməzdir."
Bu fikirləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov Olaylar.az-a açıqlamasında bildirib:
"Beynəlxalq münasibətlər və diplomatik təhlükəsizlik baxımından belə davranışlar düzgün deyil. Üstəlik, bu cür əməllər birbaşa hüquqi məsuliyyət doğura biləcək xarakter daşıyır. Hər bir dövlət başçısı həm öz ölkəsində, həm də beynəlxalq müstəvidə toxunulmaz statusa malikdir. Ona qarşı aqressiv davranış nümayiş etdirmək, təhqiramiz ifadələr işlətmək nə etik normalara, nə də beynəlxalq hüquq prinsiplərinə uyğundur.
Bu səbəbdən hesab edirəm ki, belə hadisələrin arxasında xarici dairələrin dayanması ehtimalı istisna deyil. Onların dəstəyi ilə hərəkət edən müəyyən şəxslər vasitəsilə təxribat yaratmağa cəhd göstərilir. Bu kimi cəhdlər əvvəllər də müşahidə olunub və görünür ki, müəyyən qüvvələr oxşar ssenariləri yenidən gündəmə gətirməyə çalışırlar."
İbrahim Məmmədli