Rusiya: İranın dinc nüvə texnologiyası hüququnu dəstəkləməyə davam edəcəyik – ÖZƏL

Rusiya İran xalqının müstəqil inkişaf hüququnu, o cümlədən dinc nüvə texnologiyası sahəsində fəaliyyətini daim qətiyyətlə müdafiə etdiyini bəyan edib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko TASS agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, Moskva bu mövqeyindən heç vaxt geri çəkilməyib və geri çəkilmək niyyətində deyil.

Qruşko əlavə edib ki, Rusiya ilə İran arasında münasibətlər uzun tarixi təcrübəyə əsaslanır. "Bizim strateji tərəfdaşlıq haqqında sazişimiz var. Regionda qonşuyuq, Xəzəryanı beşlik formatında iştirak edirik. Ticarət-iqtisadi əməkdaşlıq və mədəni əlaqələr uğurla inkişaf edir. Bu istiqamətdə işi davam etdirəcəyik", - deyə diplomat vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31