Kaxa Kaladze: "Lelo"nun heç bir siyasi gələcəyi yoxdur" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tbilisi meri və "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi Kaxa Kaladze müxalifətdəki "Lelo" partiyasının seçkilərə müstəqil subyekt kimi qatılmaq qərarını şərh edib. Kaladze müxalifətin hansı formatda birləşməsindən asılı olmayaraq, onların uğur qazanmaq şansının olmadığını bildirib.

Kaladzenin sözlərinə görə, cəmiyyət müxalifəti dəfələrlə həm birlikdə, həm də ayrı-ayrı cəbhələrdə görüb, lakin nəticə dəyişməyib: "Doğrusu, "Lelo" haqqında danışmaq həvəsim yoxdur. Ümumiyyətlə, kimin hansı formatda - ayrılıqda, yoxsa vahid platformada iştirak etməsinin prinsipial əhəmiyyəti yoxdur. Biz onları artıq dəfələrlə həm birləşmiş, həm də parçalanmış görmüşük. Onların heç bir resursu yoxdur."

Paytaxt meri həmçinin qeyd edib ki, ölkənin maraqlarını qorumayan qüvvələr məğlubiyyətə məhkumdur: "Öz ölkənə xidmət etməyəndə və onun maraqlarını müdafiə etməyəndə, təbii ki, heç bir siyasi gələcəyin olmur. Siz həmişə məğlubiyyətə məhkumsunuz. Nəticələr də göz qabağındadır - insanların bu partiyalara münasibətini özünüz görürsünüz."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31