Paşinyandan xüsusi mesaj: Əliyevlə görüşdən sonra açıqladı
13:05 SiyasətErmənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtondan İrəvana sülhə daha böyük inamla qayıtdığını açıqlayıb.Globalinfo.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində paylaşım edib."Ermənistan üçün darıxmışdım, sülhə daha böyük inamla qayıdıram", - Paşinyan paylaşımda bildirib.
Qeyd edək ki, Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə "Sülh Şurası"nın ilk iclasında iştirak etmək üçün fevralın 18-də Vaşinqtona işgüzar səfərə gedib. Baş nazir Vaşinqtonda səfərdə olan Prezident İlham Əliyevlə tədbir çərçivəsində söhbətləşib, liderlər iki ölkə arasında sülhün əldə olunduğunu bir daha təsdiqləyiblər. Paşinyanın paylaşımına əsasən iki liderin bu dəfə daha konkret razılaşma əldə etdiyi güman olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31