Avropa Komissiyası Aİ-də silah istehsal həcmlərinin deyil, qiymətlərinin artmasından narahatdır- ÖZƏL

Avropa Komissiyası Avropa İttifaqında silah istehsalının həcminin artırılması əvəzinə qiymətlərin və çatdırılma müddətlərinin yüksəlməsindən narahatdır.
Olaylar.az xəbər verir ki, Aİ-nin müdafiə üzrə komissarı Andrius Kubilius bildirib ki, üzv ölkələr hərbi sənaye müəssisələrinin qiymətləri qaldırdığı və sifarişlərin icrasını gecikdirdiyi barədə məlumat verirlər.
O, Avropa Komissiyası tərəfindən istehsalın genişləndirilməsi üçün vəsait ayrılmasına baxmayaraq, sənayenin eyni sürətlə istehsal gücünü artırmadığını vurğulayıb.
"Gördüklərim məni narahat edir. Aİ ölkələri bildirirlər ki, hərbi sənaye qiymətləri artırır və çatdırılma müddətlərini uzadır. Çünki sənaye, istehsal üçün ayrılan vəsaitin artım tempi ilə ayaqlaşa bilmir", - deyə Kubilius Madriddə keçirilən müdafiə forumunda çıxışı zamanı qeyd edib.
Komissar əlavə edib ki, mövcud vəziyyət Aİ-nin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində planların icrasına mənfi təsir göstərə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31