Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı böyük qürurdur- ÖZƏL

"Sülh Şurası adlı beynəlxalq təşkilatın yaradılması təşəbbüsü qlobal təhlükəsizlik arxitekturasının yenilənməsi istiqamətində atılan uğurlu siyasi addımdır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Emin Bağırov deyib: "Azərbaycanın bu quruma təsisçi üzv dövlət kimi dəvət olunması təsadüfi deyil. Bu, ölkəmizin artan geosiyasi çəkisinin, regional liderlik ambisiyasının və etibarlı tərəfdaş imicinin beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir.
Azərbaycanın dəvətə operativ və müsbət reaksiya verməsi onun xarici siyasət fəlsəfəsinə tam uyğundur. Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı Azərbaycan üçün böyük qürurdur. Bu, ölkəmizin beynəlxalq arenada artan nüfuzunun və sülh təşəbbüslərində fəal iştirakının göstəricisidir. Çünki rəsmi Bakı üçün sülh konkret diplomatik fəaliyyət xəttidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31