4 minə yaxın  əsir və girov düşən vətəndaşlarımızın taleyi bizi narahat edir-Deputat

"Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında münasibətlər 2001-ci ildən qurulsa da, hazırda gərgin dövrünü yaşayır. 2024-cü ilin yanvarında Azərbaycan AŞPA- ilə əməkdaşlığı dayandırıb. Lakin buna baxmayaraq, ölkəmizin  Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiyasına" qoşulması  önəmlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "İlk növbədə ona görə ki, biz dövlət olaraq, insan hüquq və azadlıqlarının qorunması məsələsinə  xüsusi həssaslıq göstəririk. Digər tərəfdən isə bu sənəd insan orqanlarının alverinin qarşısının alınmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir.  4 minə yaxın   əsir və girov düşən vətəndaşlarımızın taleyi bizi narahat edir.  Onların arasında qadın və uşaqlar, ahil insanlar da var. Doğrudur, Azərbaycan  bəyan edib ki,  müəyyən şərtlərin yerinə yetirilməsinə qədər Konvensiyanın müddəaları Ermənistana münasibətdə tətbiq edilməyəcəkdir. Lakin gələcəkdə  bu Konvensiyaya əsaslanaraq,  soydaşlarımızın  taleyi haqqında məlumatlar əldə edə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31