Putin və Lukaşenko ikitərəfli münasibətləri və Ali Dövlət Şurasının gündəliyini müzakirə ediblər- ÖZƏL
20 Fevral 11:48 SiyasətRusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Alexander Lukaşenko arasında telefon danışığı baş tutub.
Olaylar.az xəbər verir ki, Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, liderlər qarşıdakı tədbirin gündəliyi və həm geniş tərkibdə, həm də təkbətək formatda müzakirə olunacaq aktual mövzular üzrə fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Belarus-Rusiya münasibətlərinin bəzi məsələlərinə də toxunulub. Tərəflər, həmçinin gələn həftə Moskvada keçirilməsi planlaşdırılan Ali Dövlət Şurasının iclasında müzakirə ediləcək məsələləri əlavə olaraq nəzərdən keçiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31