Azərbaycanın geosiyasi əhəmiyyəti artıb- ÖZƏL
11:21 Siyasət"Hazırda Azərbaycanın təşəbbüsləri beynəlxalq aləmdə birmənalı şəıkildə qəbul olunur. Prezident İlham Əliyevin ABŞ-da keçirilən Sülh Şurasında iştirakı deməyə əsas verir ki, Azərbaycanın geosiyasi əhəmiyyəti artıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov deyib: "Dövlət başçısının belə mötəbər tədbirlərdə iştirak etməsi Azərbaycanın qlobal siyasətinin artan nüfuzunun bariz nümunəsidir. Xüsusilə, Münhen Təhlükəsizlik Konfransı və Serbiyada keçirilən görüşlır, edilən çıxışlar ölkəmiz üçün beynəlxalq əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, Münhen Təhlükəsizlik Konfransında beynəlxalq güclər təmsil olunur. Bu diplomatiya Azərbaycan Avropa üçün strateji tərəfdaşlıq siyasətini gücləndirir, Avropa məkanında təsir imkanını genişləndirir. Etibarlı siyasi tərəfdaş kimi qarşılanır".