Onlardan ölkəmizə qarşı təzyiq siyasətində istifadə edilir- ÖZƏL

"Azərbaycan Prezidentinin apardığı suveren siyasət, ölkəmizin qlobal aktora çevrilməsi, Ermənistan ilə əldə olunan razılıqlar fonunda xaricdə yaşayan bir qrup təxribatçı qrupların fəallaşması müşahidə edilməkdədir. Brüsseldəki təxribatın ardından bu dəfə Sülh Şurası Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin Vaşinqton səfəri zamanı dövlətimizə qarşı fəaliyyət göstərən şəbəkənin üzvləri təhlükəsizlik perimetrini zor gücünə pozmağa cəhd etmişlər". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Əlbəttə ki, hadisəni görən Prezidentin təhlükəsizlik xidməti iğtişaş törədən şəxslərə qarşı adekvat tədbirlər görmüşlər. Bu hadisələrin də arxasında bəzi xarici qüvvələrin olması şübhəsizdir. Təəssüf ki, ABŞ və Avropada yaşayan bir qrup azərbaycanlı "fəallar" xarici xüsusi xidmət orqanlarının əlində alətə çevrilmişlər, onlardan ölkəmizə qarşı təzyiq siyasətində istifadə edilir. 
Yeri gəlmişkən, bu hadisəyə ANCA və Frenk Palloninin dərhal reaksiya vermələri dünən ABŞ - da Azərbaycan dövləti əleyhinə şüarlar səsləndirən şəxslərin həm də erməni diasporası şəbəkəsi ilə bağlı olduqlarını göstərir. Dünən ictimai asayişi pozan bu adamlar indiyə qədər bir dəfə də ANCA- nın binası qarşısında, Palloninin  və digər anti - Azərbaycançı dairələrin ofisləri qarşısında piket etməmişlər, əksinə, onlarla və digərləri ilə birgə  dövlətimizə qarşı sistemli şəkildə fəaliyyət göstərirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31