ABŞ-ın sabiq prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında münasibətlər barədə diqqətçəkən açıqlamalar verib. O, iki ölkə lideri arasında münasibətlərin dəyişdiyini düşündüyünü bildirib.
Tramp qeyd edib ki, onun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan artıq bir-birinə yaxınlaşıb:
"Düşünürəm ki, onlar dost olublar. Bunu deməli olub-olmadığımı bilmirəm, amma belə hesab edirəm."
O, həmçinin Qarabağ münaqişəsinin həlli ilə bağlı iddialı fikir səsləndirib və uzun illər davam edən qarşıdurmanın başa çatdığını vurğulayıb:
"Otuz illik mübarizə - və biz hamısını həll etdik. Bu, böyük iş idi. İki çox vacib ölkə arasında sülh yarandı və bunu heç vaxt unutmayacağam."
Tramp Azərbaycan adının tələffüzü ilə bağlı da maraqlı etiraf edib. O bildirib ki, əvvəllər bu adı deməkdə çətinlik çəkib, lakin indi onu səsləndirməyi xoşlayır:
"Azərbaycan Prezidenti Əliyev. Bu adı demək əvvəl çətin idi, indi isə xoşuma gəlir. Çox gözəl addır."