“Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfransın yekunlarına dair bəyanat qəbul edilib

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə paytaxtda keçirilən "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfransın yekunlarına dair bəyanat qəbul edilib.

Sənəddə qeyd olunur ki, konfrans iştirakçıları qlobal bərabərsizliyin tarixi və struktur əsaslarını qəbul edir, xalqların öz müqəddəratını təyinetmə və təbii sərvətlər üzərində suveren hüquqlarını dəstəklədiklərini bildirirlər.

Bəyanatda dekolonizasiyanın davamlı və prinsipial öhdəlik kimi qiymətləndirildiyi vurğulanır, beynəlxalq həmrəylik prinsiplərinə sadiqlik ifadə olunur. Eyni zamanda, iştirakçılar beynəlxalq institutlarda islahatların aparılmasına, bərabərsizliklə mübarizənin gücləndirilməsinə, elmi tədqiqatların və ictimai dialoqun genişləndirilməsinə, eləcə də suverenliyə hörmətə əsaslanan ədalətli tərəfdaşlıqların təşviqinə çağırış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31