Regionda müharibə anonsu: tarixin ən böyük qarşıdurması olacaq
12:35 Siyasət"ABŞ-ın yaxın günlərdə İrana zərbə endirmə ehtimalı olduqca yüksəkdir".Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan deyib.
"ABŞ-ın İran ətrafındakı hərbi mövcudluğu tarixin ən yüksək nöqtələrindən birinə çatıb. Nəzəri olaraq, Amerika ordusu sabahdan etibarən hərbi əməliyyatlara başlaya bilər. Hərbi mövcudluğun strukturuna əsasən, ən azı hazırda Pentaqon heç bir quru əməliyyatını nəzərdən keçirmir".
Politoloq qeyd edib ki, əməliyyat raket zərbələri xarakteri daşıyacaq:
"Vaşinqton yalnız hərbi və iqtisadi infrastruktura zərbə endirəcək, yoxsa məqsədi İranın siyasi rəhbərliyini devirməkdir? Əlbəttə ki, burada sual yaranır ki, ABŞ niyə aktiv mitinqlər zamanı İrana zərbə endirmək fürsətini əldən verib. Çox güman ki, onların hesablamalarına əsasən, etirazlardan sonra İran hökuməti daha zəif olacaq, daha az daxili və xarici dəstək alacaq.
Bir şey dəqiqdir: müharibə başlayarsa, tarixdə bu miqyasda ilk birbaşa ABŞ-İran qarşıdurması və ya başqa sözlə, tammiqyaslı müharibə olacaq. Danışıqlar isə nəticəsizdir".