Bill Qeytsdən Epşteynlə bağlı müəmmalı addım
12:21 Siyasət"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts amerikalı maliyyəçi Cefri Epşteynlə əlaqələrinə görə çətin vəziyyətə düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə "Guardian" nəşri yazıb.
Bildirilib ki, milyarder suallardan yayınmaq üçün Hindistanda keçirilən Süni İntellekt Təsiri Sammitində iştirakdan imtina edib.
"Milyarder bu həftənin əvvəlində Hindistana səfər edib və ölkənin baş naziri Narendra Modidən qısa müddət sonra beynəlxalq sammitdə çıxış edəcəyi elan olunub. Lakin Qeyts cümə axşamı səhəri, Fransa Prezidenti Emmanuel Makron və Hindistanın ən varlı adamı Mukeş Ambani də daxil olmaqla nümayəndələr qarşısında çıxış etməli olduğu vaxtdan bir neçə saat əvvəl qəfil geri çəkilib.
Qeyts Fondunun açıqlamasında deyilir: "Diqqətin süni intellekt sammitinin əsas prioritetlərinə yönəldilməsini təmin etmək üçün cənab Qeyts əsas nitqini söyləməyəcək".
Bu addım Qeyts Fondunun "Bill Qeyts Süni İntellekt Təsiri Sammitində iştirak edir. O, planlaşdırıldığı kimi əsas çıxışını edəcək" deməsindən 48 saatdan az müddət sonra atılıb", - deyə nəşr bildirib.
Xatırladaq ki, Böyük Britaniyanın "The Telegraph" qəzeti ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilmiş Ceffri Epşteyn işi üzrə yeni materiallara istinadən onun şəxsi yazışmalarında milyarder Bill Qeytslə bağlı qeydlərin də yer aldığını yazmışdı.
Məlumata görə, Epşteynin 2013-cü ilin iyul ayında özünə göndərdiyi məktublarda "Microsoft" şirkətinin qurucusu Bill Qeytsin guya rusiyalı qızlarla intim görüşlərdən sonra antibiotiklərə ehtiyac duyduğunu qeyd etdiyi iddia olunur. Həmin yazışmalarda Epşteyn Qeytsin mümkün infeksiya ilə bağlı narahatlıq keçirdiyini və bu məsələnin həyat yoldaşından gizli saxlanılmasını xahiş etdiyini vurğulayıb.