Trampın bəhanəsi hazırdır: İrana böyük hücum üçün tarix verildi

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

O bildirib ki, danışıqlar uğursuz olarsa, ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatlara başlamaq üçün bəhanəsi olacaq:

"ABŞ lideri üçün İrana hücum üç səbəbdən zəruri ola bilər. Birincisi, güc göstərmək və seçicilər arasında reytinqini artırmaqdır. İkincisi,  Trampın məqsədi nüfuzuna təhlükə yaradan Ceffri Epşteyn işinin nəticələrindən diqqəti yayındırmaqdır. Üçüncüsü, ABŞ-dakı israilpərəst lobbidən dəstək almaqdır".

Puşkov qeyd edib ki, Amerika mediasındakı xəbərlərə əsasən, quru əməliyyatından söhbət belə gedə bilməz:

"Lakin İran məsələsində Venesuela ssenarisi mümkün deyil. Buna görə də Tramp belə bir qərar verərsə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı Venesuelaya hücumdan xeyli böyük, lakin ABŞ-ın 10 ildir bataqlıqda qaldığı İraqa qarşı təcavüzdən daha kiçik bir şey olacaq".

Qeyd edək ki, "CBS News"un məlumatına görə, amerikalılar 21 fevralda İrana zərbə endirməyə hazırlaşırlar, lakin prezident Donald Tramp hələlik yekun qərar verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31