Ulu Öndər müasir Azərbaycanın inkişaf strategiyasının müəllifidir- ÖZƏL
08:09 Siyasət"Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın inkişaf strategiyasının müəllifidir". "Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib: "Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müdrik siyasi lider Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Məhz Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclərin qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31