Erməni soyqırımı: ABŞ-nin siyasi oyuncağı, yoxsa tarixi həqiqət? – ÖZƏL

Olaylar.az xəbər verir ki, "The National Interest" nəşrində dərc olunan məqalədə Stefan Peçdimalcin ABŞ-nin erməni məsələsinə yanaşmasını kəskin tənqid atəşinə tutub. Müəllif bildirir ki, Osmanlı İmperiyası dövründə baş vermiş hadisələr onilliklər ərzində Vaşinqton dəhlizlərində "soyuq siyasi alət" və Türkiyə ilə danışıqlarda "təzyiq rıçağı" kimi istifadə olunub.

Məqalədə qeyd olunur ki, həm Respublikaçılar, həm də Demokratlar Türkiyə ilə münasibətlərin gərginləşdiyi anlarda bu mövzunu gündəmə gətirir, strateji tərəfdaşlıq ehtiyacı yarandıqda isə susmağa üstünlük verirlər. Müəllifin fikrincə, bu, insan haqları məsələsi deyil, sadəcə diplomatik sövdələşmələrin bir hissəsidir. Xüsusilə, Türkiyənin Rusiya raketləri alması və ya Suriya münaqişəsi fonunda "mənəvi öhdəliklərin" qəfil xatırlanması bu yanaşmanın bariz nümunəsidir.

Yaxın vaxtlarda ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza səfəri zamanı "X" platformasında bu mövzuda paylaşım edib sonra onu silməsi erməni icmasında böyük narazılığa səbəb olub. Müəllif vurğulayır ki, tarixin diplomatik rahatlığa görə "açılıb-bağlanması" həm qurbanların xatirəsinə təhqir, həm də ABŞ-nin bəyan etdiyi dəyərlərə xəyanətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31