Nüvə danışıqlarının arxa planı: İran Hindistan, Rusiya və Çin arasında balans axtarır- ÖZƏL

İran nüvə danışıqları çərçivəsində ABŞ-yə böyük iqtisadi razılaşma təklif edib və sanksiyaların ləğvi müqabilində neft-qaz yataqlarına, eləcə də aviasiya bazarına çıxış verməyə hazır olduğunu bildirib. İran XİN-in iqtisadi diplomatiya üzrə direktor müavini Həmid Qənbərinin sözlərinə görə, mümkün razılaşma çərçivəsində neft-qaz layihələri, mədən sənayesi və təyyarə alışı kimi sahələrdə ABŞ üçün birbaşa iqtisadi fayda nəzərdə tutulur. Cenevrə şəhərində tərəflər arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların ikinci raundu başlayıb.
Mövzu ilə bağlı Turab Rzayev Olaylar.az-a açıqlama verib: 
" Düşünürəm ki, burada iki məsələ var. Məsələlərin birincisi odur ki, İran uzun müddətdir iqtisadi sanksiyalardan əziyyət çəkir və artıq bu, dözülməz həddə gəlib çıxıb. Çünki ölkə gəlir əldə eləmir, əhali sürətlə artır və əhalini iqtisad çətinliklərlə qarşılaşır. Çünki İranın valyutaya çıxışı yoxdur. Sadəcə İran Hindistana neft sata bilir və bunlar da öz milli valyutaları ilə ödəyirlər və ya məhsulla barter edirlər və İran öz əhalisinin təbii tələbatını ödəyə bilmir. Buna görə də problemlə üzləşir. İran nüvə razılaşması qarşılığında ABŞ-ı öz bazarına buraxmaqla həm iqtisadi fayda əldə etməyə çalışır. Həm də ABŞ-a təklif edir ki, ABŞ neft və qaz yataqlarında gəlir əldə edə bilsin, eyni zamanda aviasiya bazarına öz məhsullarını sata bilsin. Yəni, faktiki olaraq ABŞ-a belə deyək, diplomatik missiya təklif edir. Burada başqa bir məqam da var ki, bunun detalları açıqlanmadı. Düşünürəm ki, bu məqam da İranın öz neftini Hindistana satması ilə bağlıdır. Çünki ABŞ çalışır ki, Rusiya maksimum şəkildə öz neftini sata bilməsin və Rusiyanın gəlirləri zəifləsin. Ukraynadakı müharibəni davam etdirmək üçün Rusiya kifayət qədər valyuta tapa bilməsin. Buna görə də artıq indiyə qədər deyək ki, Hindistanın Rusiyadan aldığı 1.8 milyon barel gündəlik neftin bir hissəsini Venesuela ilə əvəz edə bilib. Artıq Venesuela nefti Hindistana yönəldilib. Yenə də Hindistan məcbur şəkildə Rusiyadan bir nöqtə üç milyon barel neft alır. Burada İranın Çinə gedən neftin qarşısını kəsmək istəyir ABŞ və bunu Hindistana yönəltmək istəyir. Hindistanın Rusiyadan neft alışını tamamilə dayandırmaq istəyir və bunun qarşılığında daha sonra Çin sadəcə olaraq Rusiyadan neft ala biləcək və bu, ABŞ-a gələcəkdə Çini də enerji blokadasına almaq üçün şərait yaradacaq. Düşünürəm ki, əslində bu razılaşmanın danışılmayan və hələ ki, elan olunmayan tərəfləridir. Biz yaxın gələcəkdə daha çox bir sıra məsələdə danışıqların olduğu ilə bağlı məlumatlar eşidəcəyik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31