BMT-dən “Epşteyn işi” ilə bağlı çağırış

"Amerikalı maliyyəçi Cefri Epşteynin törətdiyi zorakılıqlar "insanlığa qarşı cinayətlər" sayıla bilər".

Globalinfo.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası (UNHRC) tərəfindən təyin olunmuş müstəqil ekspertlər məlumat yayıb.

"Epşteynlə bağlı cinayət araşdırmaları çərçivəsində açıqlanan milyonlarla sənəd insanlıqdan kənar hallardır. Bu, irqçilik və korrupsiya faktlarını da ortaya qoyur. Qadınlara və qızlara qarşı belə vəhşiliklərin miqyası, xarakteri, sistemli xüsusiyyəti və transmilli əhatəsi o qədər ciddidir ki, bir qismi hüquqi baxımdan insanlığa qarşı cinayətlər həddinə çata bilər", - deyə onlar bildiriblər.

Həmçinin Epşteyn və onun tərəfdaşları ilə bağlı iddiaların araşdırılmasına çağırış edilib. Ekspertlər əlavə ediblər ki, sənədlərdəki açıqlamalar "qlobal cinayətkar şəbəkə"nin mövcudluğunu göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31