Çağırışlara adekvat reaksiya- ÖZƏL
14:31 Siyasət"Azərbaycan və Serbiya arasında regional və beynəlxalq məsələlər üzrə mövqelərin yaxınlığı vacib əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "İki ölkə liderinin Belqradda görüşü zamanı regional təhlükəsizlik, Balkan və Cənubi Qafqaz regionlarında mövcud vəziyyət, eləcə də qlobal çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Bir daha Azərbaycanla Serbiyanın beynəlxalq hüquqa əsaslanan ədalətli və davamlı sülhün tərəfdarı olduqları bəyan edilib. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb ki, bu da tərəfdaşlığın strateji xarakterini bir daha təsdiqləyir.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfərinin Azərbaycan-Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. İmzalanan sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradıb, siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin yeni mərhələsinə yol açıb. Beləliklə, dövlət başçısının Serbiyaya səfəri iki dost və tərəfdaş ölkə arasında münasibətlərin uzunmüddətli perspektivdə daha da genişlənəcəyinə, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davamlı və sistemli xarakter alacağına əminlik formalaşdırır".