Azərbaycanda xarici vətəndaşlar üçün süni intellekt əsaslı yeni platforma yaradılacaq

Bu il Azərbaycanda yeni süni intellekt əsaslı tətbiqin istifadəyə verilməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov təmsil etdiyi qurumun 2025-ci ilin fəaliyyətinin yekunları ilə bağlı hesabat xarakterli mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu süni intellekt həlli "Concierge"dir:

"Bu, xaricdən Azərbaycana gəlmək istəyən investorlar, startaplar, bir sözlə xarici istedadlar üçün onların suallarını cavablandıracaq bir platforma olacaq. Bu platforma vasitəsilə xarici vətəndaşlar verdikləri suallara çox qısa müddət ərzində cavab tapa biləcəklər. Bu suallar müxtəlif ola bilər. Məsələn, ölkədə yaşmaq imkanları, biznes qurmaq, iş həyatı, dövlət xidmətlərinə əlçatanlıq, sürücülük vəsiqəsinim əldə edilməsi və s. kimi məsələlərdə suallar həmin yeni süni intellekt platforması vasitəsilə cavablandırılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31