Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir- ÖZƏL

"Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi. Ölkə Prezidentinin müşavirədəki çıxışında səsləndirdiyi çağırışlar  Azərbaycanın  iqtisadi inkişaf strategiyasında, həmçinin dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən "Neft kapitalını insan kapitalına çevirək!" çağırışı dövlətin siyasətində insan amilinə böyük dəyərin təsdiqidir. Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, vətəndaş məmnunluğunun artırılması həyata keçirilən siyasətin əsasını təşkil edir". "Olaylar" xəbər verir ki, bunu YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov deyib: "Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm ölkəmizdə ümumi uğurun təminatıdır, həm də sabitliyin, qanunun aliliyinin güclənməsinə xidmət edən vacib amillərdəndir. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə rəqəmsal inkişafdan, bunun üçün qarşıda dayanan vəzifələrdən bəhs edərkən bildirdi ki, dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planını hazırlayaraq təqdim etməlidir. Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır.  Dövlət xidmətləri "mygov" üzərindən, yəni vahid mərkəzdən  həyata keçirilməlidir: "Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31