Avropanın “əldən” çıxması Trampı geri çəkilməyə məcbur edir- ÖZƏL
18 Fevral 10:57 Siyasət"Rusiya Ukrayna müharibəsində qələbə qazanarsa, ortada hansı dövlətin və hansı şəkildə zəmanətindən asılı olmayaraq, Avropanın təhlükəsizliyindən heç bir söhbət gedə bilməz. Avropa ölkələri ABŞ-ın iştirakı olmadan təhlükəsizlik məsələsini yaxın illərdə təmin etməyi bacarsa, bu, ABŞ-ın Avropaya təsirini əhəmiyyətli dərəcədə azaldacaq. ABŞ, Çin və xüsusən də Rusiya qarşısında təhlükəsizlik baxımından rəqabətli bir oyunçuya çevrilə bilər. Həmçinin inkişaf etməkdə olan Hindistana qarşı da". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Son dövrdə Avropa liderlərinin müstəqil Avropa NATO-sunun yaradılması təşəbbüsləri Britaniya və Almaniyanın praktiki addımlarına çevrilir. Hansı ki bunu ilk olaraq Fransa Prezidenti Makron irəli sürmüşdü. Britaniya və Fransanın Çinlə əməkdaşlığı, Britaniya baş nazirinin Çin səfəri, həmçinin Fransa Prezidenti Makronun Rusiya ilə danışıqlar aparmaq istəyi, bu arada Ukrayna prezidenti Zelenskinin çıxışında yalnız Ukraynaya sülh müqaviləsi bağlanmasında təzyiq göstərildiyi açıqlamaları dolayı göstərir ki, Avropa öz təhlükəsizliyini təmin etmək istiqamətində ciddi hərəkət edir.
ABŞ da rəsmi qaydada elan etdi ki, onlar nə Rusiya, nə də Ukraynaya sülh müqaviləsinin bağlanması üçün təzyiqlər etmir. Ancaq, ABŞ-ın artıq dövlətlərin siyasi və iqtisadi müstəqilliyini nəzərə almaması, dövlətlərin enerji resurslarının, xüsusən neft ixracına müdaxiləsi və İranla gizli danışıqlar aparması göstərir ki, hazırkı dövrdə ABŞ üçün enerji resursları birinci prioritet və hətta həmin "düşmən" dövləti müttəfiq kimi də qəbul edə bilər.
Ukraynanın nəticəvi qələbəsi yalnız o halda mümkündür ki, Ukrayna Donald Tramp hakimiyyəti dövründə heç bir danışıqlara və sülh razılaşmalarına gedib öhdəlik götürməsin. Əgər Ukrayna bu vəziyyəti Tramp dövrünün sonuna qədər saxlaya bilsə, faktiki olaraq zamanından asılı olmayaraq qələbə qazanmış olacaq. Azərbaycan prezidenti İlham Əliyevin "işğalla barışmamaq" xətti, tövsiyəsi də Ukraynaın gələcək qələbəsinin ən əsas şərtidir. Ukraynanın qələbəsi nə qədər paradoksal və tənqi olsa da, faktiki olaraq Avropanın qələbəsi və təhlükəsizliyinin təminatı deməkdir. Avropa isə bunu tam məsuliyyətlə dərk edir. Avropanın və hətta Çinin "əldən" çıxması Trampı bir addım geri çəkilməyə məcbur edir".