Ölkəmizin əldə etdiyi uğurlarda YAP-ın Partiyasının müstəsna rolu var- ÖZƏL
10:32 Siyasət"Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib: "Yarandığı gündən Yeni Azərbaycan Partiyasının əsas məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaradılmasından ibarət olub. Partiya ötən müddət ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edib. Ölkəmizin əldə etdiyi uğurlarda Yeni Azərbaycan Partiyasının müstəsna rolu var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31