Kristin Laqard AMB-dən vaxtından əvvəl ayrıla bilər- ÖZƏL
10:25 SiyasətAvropa Mərkəzi Bankının (AMB) rəhbəri Avropa Mərkəzi Bankı Kristin Laqard səkkizillik səlahiyyət müddəti başa çatmadan, yəni 2027-ci ilin oktyabrından əvvəl vəzifəsindən ayrıla bilər. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Laqard Fransanın vəzifədən gedən prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Friedrich Merz üçün Avropa İttifaqının ən mühüm institutlarından birinə yeni rəhbər seçmək imkanı yaratmaq istəyir. Hələlik Laqardın konkret nə vaxt istefa verəcəyi bəlli deyil. Onun 2027-ci ilin aprelində Fransada keçiriləcək prezident seçkilərindən əvvəl postunu tərk edə biləcəyi ehtimal olunur.
Paris siyasi dairələrində aparılan müzakirələrdən xəbərdar olan mənbələr bildiriblər ki, ardıcıl iki müddətdən sonra yenidən prezidentliyə namizəd ola bilməyən Makron artıq bir neçə aydır Laqardın varisinin müəyyənləşdirilməsi prosesində iştirak etmək niyyətindədir.