Zaxarova: "Rusiya sülhə hazırdır, qarşı tərəf isə bəhanə axtarır" – ÖZƏL
10:22 SiyasətRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova, Moskvanın Ukrayna böhranının sülh yolu ilə həllinə dəfələrlə hazır olduğunu sübut etdiyini, lakin qarşı tərəfdən dialoqa mane olan bəyanatların gəldiyini bildirib.
Olaylar.az xəbər verir ki, "Sputnik" radiosunun efirində Cenevrə danışıqlarını şərh edən Zaxarova, Rusiyanın sülh niyyətinin sarsılmaz olduğunu vurğulayıb: "Əgər biz həqiqətən sülh istədiyimizdən çıxış ediriksə - hansı ki, Rusiya bunu dəfələrlə sübut edib və eyni zamanda qarşı tərəfin müxtəlif bəhanələrlə danışıqlara ehtiyac olmadığını dediyini görürsəksə... Belə olan halda mövcud dialoq imkanlarını qiymətləndirməli deyilikmi?"
Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların növbəti raundu 17-18 fevral tarixlərində Cenevrədəki "InterContinental Geneva" otelində keçirilir.