Trampın vasitəçiliyi ilə Cenevrədə mühüm irəliləyiş – ÖZƏL

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff, Donald Tramp administrasiyasının səyləri sayəsində Rusiya-Ukrayna münaqişəsinin tərəfləri arasında keçirilən danışıqlarda əhəmiyyətli irəliləyişin əldə olunduğunu bildirib.

Olaylar.az xəbər verir ki, Vitkoff "X" sosial şəbəkəsində paylaşdığı məlumatda qeyd edib ki, Prezident Trampın göstərişi ilə ABŞ Ukrayna və Rusiya arasında keçirilən üçtərəfli müzakirələrin üçüncü raunduna moderatorluq edib. O, Trampın hər iki tərəfi bir araya gətirmək bacarığının konkret nəticələr verdiyini vurğulayıb: "Prezident Trampın hər iki tərəfin səylərini birləşdirməkdə nümayiş etdirdiyi uğur ciddi irəliləyişə səbəb olub."

Xüsusi elçi həmçinin əlavə edib ki, tərəflər müzakirələrin nəticələri barədə öz ölkə rəhbərlərinə məlumat vermək və yekun razılaşmanın əldə olunması istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, Ukrayna böhranının tənzimlənməsi üzrə Rusiya-ABŞ-Ukrayna formatında keçirilən üçüncü raund danışıqlar çərşənbə axşamı Cenevrədə baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31