Miqrantların iş imkanları məhdudlaşdırılır-Rusiyanın siyasəti və regional münasibətlər- ÖZƏL 

Rusiya Federasiyasının Rostov vilayətində 2026-cı ilin aprelindən etibarən patent sistemi ilə işləyən miqrantların kuryer, pərakəndə satış, nəqliyyat və poçt sahələrində çalışması qadağan olunacaq. Qadağa Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşlarına şamil ediləcək, Avrasiya İqtisadi Birliyi ölkələri istisna olunub. 
Qadağaların yalnız müəyyən ölkələrin (məsələn, Azərbaycan və Özbəkistan) vətəndaşlarına şamil edilməsi Rusiyanın həmin ölkələrlə ikitərəfli münasibətlərinə necə təsir edəcək?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Rostov vilayətində miqrantların iş məhdudiyyətlərinin gətirilməsi, xüsusilə də bu məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqına üzv olmayan Müstəqil Dövlətlər Birliyinə aid edilməsi müəyyən suallar doğurur. Nəzərə alsaq ki, Avrasiya İqtisadi İttifaqına üzv olmayan Azərbaycan, Özbəkistan və digər ölkələrdə bu qadağalara, Azərbaycan vətəndaşları məhdudiyyətlərə tabe tutulacaq, yəni onlara aid ediləcək bu qadağalar.
Əlbəttə ki, bu, Rusiyanın özünün miqrasiya siyasəti ilə bağlı bir məsələdir.
Nəzərə alsaq ki, Rusiya keçmiş postsovet məkanını tərk edən miqrantları ölkədən sıxışdırmaqla onların əvəzinə Hindistan və Banqladeş kimi digər ölkələrdən miqrantları cəlb etmək istəyir, bu gələcəkdə Rusiyanın qarşılaşacağı ciddi problemlərdən biri olacaq və bu problemlərin əsas qaynaqlarının biri kimi dəyərləndirilməlidir.
Qalan məsələ budur ki, bu qərar konkret olaraq Azərbaycan, Özbəkistan və digər Avrasiya İqtisadi İttifaqının üzvü olmayan ölkələrlə münasibətlərə necə təsir göstərəcək? Əlbəttə ki,  mənfi təsir göstərəcək, münasibətlərdə müəyyən qədər soyuqlaşma olacaq. Əslində, bu soyuqlaşmalar müəyyən qədər mövcuddur, sadəcə olaraq Rusiya miqrasiya siyasəti ilə bağlı olaraq MBD-ə üzv ölkələri təzyiq etmək istəyir. Bu təzyiq işə yarayacaqmı, Rusiyanın maraqlarına uyğun olacaqmı artıq bu sual altındadır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31