ABŞ-İran danışıqlarında İranın nüvə mövqeyi açıqlanıb- ÖZƏL
14:08 SiyasətABŞ nümayəndə heyəti İranla danışıqlara başlamazdan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi və Omanın xarici işlər naziri Badr al-Busaidi ilə görüşüb. Olaylar.az xəbər verir ki, görüş zamanı Tehran ABŞ-a öz nüvə proqramı və sanksiyalarla bağlı mövqeyini çatdırıb.
İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqayi bildirib ki, "Bu gün səhər ABŞ nümayəndə heyəti Omanın xarici işlər naziri və BAEA-nın baş direktoru ilə görüşüb. İranda nüvə proqramı, sanksiyaların ləğvi və hər hansı gələcək razılaşmanın çərçivəsi ilə bağlı mövqe ABŞ tərəfinə çatdırılıb."
Baqayi həmçinin vurğulayıb ki, "İran və ABŞ nümayəndələrinin BAEA rəhbəri ilə məsləhətləşmələri bu danışıqlar raundunu əvvəlkilərdən fərqləndirir."
Bu görüşlər İranın nüvə proqramı ilə bağlı son məqamları ABŞ-la razılaşdırmaq və sanksiyaların gələcək perspektivini müzakirə etmək məqsədini daşıyır.