Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır- ÖZƏL

"Cənab prezidentin Münxen Təhlükəsizlik Konfransında iştirakı ənənəvi xarakter alıb. Biz davamlı olaraq cənab prezidentin bu konfransda iştirak etdiyinin şahidiyik. Eyni zamanda prezident burada çox mühüm mesajlar verir, Azərbaycanın mövqeyini çatdırır. Qarabağla, Ermənistanla bağlı çox mühüm mesajlar verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Münxen Təhlükəsizlik Konfransı dünyamızla bağlı davamlı olaraq müxtəlif müzakirələrin aparıldığı çox önəmli platformalardan biridir. Platformanın bu mənada olduqca böyük önəmi, əhəmiyyəti var. Əvvəl də cənab prezident bu platformada iştirak etmişdi, Azərbaycanın mövqeyini çatdırmışdı və o mənada biz bu məsələnin xüsusi əhəmiyyət daşıdığını qeyd etməliyik.
Bu, Azərbaycanın mövqeyinin dünya birliyinə çatdırılması istiqamətində, Azərbaycanın qarşısındakı hədəflər, əlaqələr, TRIPP layihəsi və digər məsələlərlə bağlı çox mühüm müzakirələrin aparıldığı bir platformadır. Keçirilən görüşlər çox xüsusi əhəmiyyətə malikdir. Həqiqətlərin, mövqeyin çatdırılması, qarşıda duran, dünyamızı narahat edən məsələlərlə bağlı prezidentin addımlarının, qərarlarının açıqlanması, dünya ictimaiyyətinə çatdırılması, mövqeyimizin möhkəmlənməsi baxımından olduqca vacib və önəmli məsələdir.
İclasda bir çox məsələlər müzakirə edildi. Görüşün məqsədi gələcəkdə həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizin gücləndirilməsi, cənab Prezidentin də söylədiyi kimi "daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır".
Bildiyimiz kimi, bir müddət bundan əvvəl Azərbaycan Serbiyaya təbii qazın ixracına başladı. Bu gün cənab Prezident bu ixracın həcmini artırılması barədə qərar verdi. Qeyd etmək lazımdır ki, energetika sahəsində bizim əlaqələrimiz çoxşaxəli formatda inkişaf edir. Serbiyada elektrik stansiyasının yaradılması prosesi orada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Serbiyada müsbət investiya iqlimi mövcuddur və bu da onu deməyə əsas verir ki, Serbiya xarici investorlar üçün maraqlıdır. O cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31