Münxen Təhlükəsizlik Konfransı geosiyasi reallıqlar kontekstində- ÖZƏL
13:04 Siyasət"Almaniyanın ev sahibliyi etdiyi Münxen Təhlükəsizlik Konfransında dünyanı narahat edən qlobal xarakterli problemlər müzakirə olundu. Bu ilki toplantıda diplomatik təşəbbüslərin artması Avropanın bir çox sahələrlə bağlı narahatlığının göstəricisi idi. Rusiya-Ukrayna müharibəsi bəzi Qərb ölkələrinin enerji resurslarına olan tələbatlarında ciddi problemləri ortalığa çıxarıb. Rusiyadan gələn neft-qaz idxalını məhdudlaşdıran bu, ölkələr alternativ mənbələrə üz tuturlar". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib:"Məhz belə məqamda Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətli mövqeyi bir daha özünü göstərdi. Azərbaycan nəhəng iqtisadi layihələri dünyanın mühüm enerji şaxələndirmə siyasətində əhəmiyyətli yer tutduğunun göstəricisi olmaqla yanaşı, həm də ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirakı zamanı mühüm mesajlarlar verərək sülhə, sabitliyə, əməkdaşlığa dair önəmli fikirlər səsləndirdi, təhlükəsizlik arxitekturasının hədəflərini bəyan etdi.
Münxen Təhlükəsizlik Konfransının geosiyasi reallıqlar kontekstində təhlükəsizlik məsələləri, irəli sürülən sülh təşəbbüsləri diqqəti cəlb edirdi. Etiraf etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi, Rusiyanın yaratdığı separatizm Avropanı qəflət yuxusundan oyadıb. Artıq Qərb ölkələri müharibənin ayaq səslərini eşidirlər, münaqişələrin ağır fəsadlarını hiss edirlər. Belə fəlakətlərdən qurtulmaq üçün birgə əməkdaşlıqla bağlı fikirlər səsləndi.
Müşahidələr onu göstərir ki, artıq qoca Avropa qitəsi təhlükəsizliklə bağlı təşəbbüslərdən, sülh prosesinə dəstəkdən boyun qaçıracaq halda deyil. Əks təqdirdə avropalıların komfort həyatını müharibə pozmuş olacaq. Əlqərəz, beynəlxalq münasibətlər sistemində hansı dəyişikliklərin olacağını, Münxen Təhlükəsizlik Konfransının təşəbbüslərinin nə nərəcədə reallaşacağını zaman göstərəcək".