Bundan sonra soydaşlarımız Bakıdan qayıdacaqlar – Stepanyan
12:20 Siyasət"Müharibə səhifəsini birdəfəlik bağlamalıyıq".
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Davit Stepanyan deyib.
"Sülh ilk növbədə cəmiyyətlər tərəfindən tələb olunmalıdır. Doğrudur, qarşılıqlı inamsızlıq var, illərdir bir-birimizi gözləyirik, addım-addım düşmənçilik aradan qaldırılmalıdır. Heç kim müharibə istəmir", - o qeyd edib.
Stepanyan iddia edib ki, müharibə olmasa, sülh müqaviləsi imzalanarsa, bütün soydaşlarımız (?) Bakıdan qayıdacaqlar:
"Hər kəs ünsiyyət qurmalı, ticarət inkişaf etməlidir. Bizim alternativimiz yoxdur, sülhə doğru irəliləməliyik, alternativ müharibədir. Biz ölməməliyik".
Qeyd edək ki, D.Stepanyan "Bütün soydaşlarımız Bakıdan qayıdacaqlar" deyərkən Azərbaycanda həbs cəzasına məhkum edilmiş keçmiş qondarma rejiminin liderlərini nəzərdə tutur. Lakin rəsmi Bakının bu məsələ mövqeyi birmənalıdır: Azərbaycana qarşı ağır cinayətlərdə əli olan bu şəxslər cəzalarını çəkəcəklər.