İran rejiminin yeni dünya düzənində yeri yoxdur- ÖZƏL

"İran rejiminin törətdiyi vəhşiliyin üzərindən keçiləsi heç bir əsası yoxdur. Bütün dünya birliyi bu rejimin törətdiyi soyqırım vəhşiliyinə reaksiya göstərməlidir. İnsanların dini dövlət adı altında təzyiqlərə, repressiyalara məruz qalması bu rejimin saxta və qəddar mahiyyətini ortaya qoyur. Dində heç bir məcburiyyətin olmadığı gerçəyi Quranda yazılıb. Əgər insanlar bu rejimin din anlayışından yorulublarsa, deməli, bu din anlayışı yanlışdır, sadəcə kütləni idarə etmək üçün bir vasitədir". "Olaylar" xəbər verir ki, bunu ƏHD İdarə Heyətinin üzvü Azər Qasımov deyib: "ABŞ-ın İran rejiminin devrilməsi üçün fəaliyyəti doğru və yerindədir. Bu rejim və idarəçiləri yox edilməlidir. Onların ömürlərini uzatmaq üçün yürüdülən hər bir siyasət ancaq dinc insanların həyatına biganəlik, rejim ilə əlbir olmaq deməkdir. İnsanlar bu rejimdən canlarını qurtarmaq istəyirlərsə, deməli, onların din anlayışından canlarını qurtarmaq istəyirlər. Dini kimsə insanlara zorla sırıya bilməz. 
Görünən odur ki, İran rejiminin yeni  dünya  düzənində yeri yoxdur. Bu, nəticəsi nə olursa-olsun belə də olmalıdır. Azərbaycan tərəfi öz imkanları hesabına ABŞ və İsrail tərəfindən onların planlarının mahiyyətini öyrənməlidir və planlarını buna görə qurmalıdır. Rejim dəyişdiyi durum üçün öz təkliflərini də verməlidir. Hər şeyə hazır olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31