Azərbaycanda orqan alverinə qarşı Konvensiya ratifikasiya olunur

Milli Məclis Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasını ratifikasiya edəcək.

Bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasının gündəliyinə daxil edilib.

Belə ki, "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında" qanun layihəsi komitə iclasında müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə ediləcək./Trend.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31