Ermənistan hakimiyyəti II Qareginin təqibini belə əsaslandırdı: "Hamı qanun qarşısında bərabərdir" – ÖZƏL

Ermənistanın hakim "Mülki Müqavilə" partiyasının üzvləri Bütün Erməni Katolikosu II Qareginin hüquqi təqibə məruz qalması ilə bağlı məsələyə münasibət bildiriblər.

Olaylar.az xəbər verir ki, fevralın 16-da parlamentdə keçirilən brifinqdə fraksiya katibi Artur Hovannisyan jurnalistin "Katolikosun təqib edilməsi sizdə narahatlıq yaratmırmı?" sualına cavab olaraq bildirib ki, hazırkı hakimiyyətin dövründə bütün vətəndaşlar qanun qarşısında bərabərdir. O, statusundan asılı olmayaraq, ehtiyac yaranarsa hər kəs barəsində hüquqi prosesin başlana biləcəyini vurğulayıb.

Digər deputat Arusyak Manavazyan isə Katolikos ətrafında yaranmış vəziyyətin süni şəkildə şişirdildiyini və bu barədə yuxarıdan heç bir xüsusi göstərişin verilmədiyini qeyd edib.

Qeyd edək ki, bütün Erməni Katolikosu II Qareginə qarşı məhkəmə aktının icrasına mane olma maddəsi ilə cinayət işi açılıb. Bu səbəbdən onun 16-19 fevral tarixlərində Avstriyada keçiriləcək Yepiskoplar iclasında iştirak etmək üçün ölkədən çıxışına qadağa qoyulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31