Birinci vitse-prezidentimiz yüksək mədəniyyət nümayiş etdirdi- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman öz fəaliyyətində demokratik prinsiplərə əsaslanıb. Ölkə Prezidenti cənab İlham Əliyev daim mətbuata, cəmiyyətimizə qarşı öz səmimi fikirləri ilə açıq olan liderdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib: "Məlum olduğu kimi Almaniyada Münhen Təhlükəsizlik Konfransında qapı önündə dayanaraq, anti-milli cəhdlərini davam etdirən və jurnalist olmağa cəhd edən Emin Hüseynovun sual vermək üçün müraciətinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çox mükəmməl cavab verib. Bu cavab özündə həqiqətləri əks etdirir və sözün həqiqi mənasında müxalifət düşərgəsini vəlvələyə salıb. Mehriban xanım Əliyeva yüksək ədəblə və təmkinlə bildirib ki, Emin Hüseynov sən qadın paltarı geyinib, qadın cildinə girmiş adamsan. Bununla yanaşı Mehriban xanım Əliyeva etik normalara uyğun şəkildə vurğulayaraq, əslində bildirmək istəyib ki, anti-milli ünsürlər  Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı həmişə təxribat aparsalar da, hər gün böhtan və şayiə dolu danışsalar da, xalqımız yaxşı bilir ki, onlar qadın paltarı geyinəcək və Vətəni satacaq qədər ucuz və dəyərsiz şəxslərdir. Bütün bunlara rəğmən hörmətli Birinci vitse-prezidentimiz yüksək mədəniyyət nümayiş etdirməklə, bloqerə can sağlığı arzulayıb. 
Bu gün doğrudan da müxtəlif üsullarla ölkədən qaçaraq şərəfdən və vicdandan uzaq olan bloqerlər əxlaqın heç bir normasına sığmayan addımlarla Azərbaycan dövlətinə və xalqına qarşı böhtan yağdırırlar. Azərbaycan xalqının cəsarətli və ləyaqətli xanımı olan hörmətli Mehriban xanım Əliyeva Emin Hüseynova olan sillə kimi cavabı ilə doğrudan da bütün milli satqınları-Qənimət Zayıdovu, Tural Sadıqlını, Qabili və digər ünsürləri vicdan papağını qarşılarına qoyub öz şəxsiyyətləri haqqında daha dərindən düşünməyə vadar etdi. 
"Erməni hüquqlarının müdafiəçisi" kimi tanınan Emin Hüseynov erməni diaspor təşkilatlarının maliyələşdirdiyi qurumlardan qrant alır. Azərbaycan dövləti və xalqı belə satqın və xainləri heç zaman bağışlamayacaq və onlar daim tarixin zibilliyində qalacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31