Avropa Komissiyası Macarıstanla bağlı tənqidləri məhdudlaşdıracaq- ÖZƏL 

Avropa Komissiyası Macarıstan hökumətinə yönələn sərt və açıq tənqidlərdən çəkinməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Brüssel qarşıdan gələn seçkilər ərəfəsində Macarıstanın daxili işlərinə müdaxilə ittihamı ilə üzləşməmək üçün daha ehtiyatlı mövqe tutacaq. Nəşrin yazdığına əsasən, Aİ rəsmiləri hesab edir ki, yüksək tonlu açıqlamalar seçki prosesinə təsir kimi qiymətləndirilə bilər.
"Avropa Komissiyası Macarıstanla bağlı gurultulu bəyanatlar verməməklə düzgün addım atır və seçkilərə müdaxilə ittihamı riskini azaltmağa çalışır", - deyə Aİ diplomatlarından biri bildirib.
Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-nə təyin olunub. Hazırda ölkəyə baş nazir Viktor Orban rəhbərlik edir. Onun lideri olduğu "Fidesz - Macarıstan Vətəndaş İttifaqı" partiyası və koalisiya tərəfdaşı olan xristian-demokratlar müxalifətdəki "Tisa Partiyası" ilə mübarizə aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31