Rusiya Ermənistanda iki nəfər arasında seçim etməye çalışır- ÖZƏL

"Ermənistanda keçiriləcək parlament seçkilərinə Rusiya vətəndaşı, oliqarx Samvel Karapetyan iştirak edəcək. Baxmayaraq ki, bir müddət bundan əvvəl həbsdən azad edilən və ev dustağı olan S. Karapetyan yaradılan təsis edilən "Güclü Ermənistan" partiyası tərəfindən namizədliyi irəli sürüləcək. Ötən il  Rusiya S.Karapetyanı Ermənistana göndərməklə, burada Gürcüstanda olduğu kimi ikinci B. İvanaşvili ssenarisini tətbiq etməyi planlaşdırırdi. Amma, N. Paşinyan S. Karapetyanı vaxtında həbs etdirməklə, Rusiyanın layihəsinin qarşısını aldı. Hazırda S.Karapetyanın N. Pasinyanin olduğu dönəmdə Ermənistanda baş nazir olmaq potensial yoxdur". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Rusiya Ermənistanda iki nəfər arasında seçim etməye çalışır. Birini eks-prezident R. Koçaryan və S. Karapetyandı. Hər ikisi N. Paşinyanın alternativi olacaq güclü lider deyil.  Təbii ki, N. Paşinyan kənara çəkilərsə, S. Karapetyanın R. Koçaryana qalib gəlmək şansı yüksəkdir.
N. Paşinyana qarşı olan müxalifət ayrı-ayrı seçkilərə gedir. Bu da N. Paşinyanın mövqeyini kifayət qədər gücləndirir. N. Paşinyanın Azərbaycanla normal münasibətlər sistemini qurması və sülh gündəliyini təbliğ etməsi onun seçilməsini əsas şərtlərdəndirən amillərdən olacaq. Amma, S. Karapetyan və R. Koçaryan Azərbaycanla sülh gündəlyinə qarşıdır. Hər iki şəxs "bərabər, ləyaqətli sülhdən" danışır. Amma, Ermənistan əhalisinə "bərabər, ləyaqətli sülh" formulu nədən ibarət olduğunu təqdim edə bilmirlər. Çünki,R. Koçaryan -S. Sarkisyan və S. Karapetyanın "ləyaqətli sülhü" konsepsiyası Qarabağ məsələsini gündəmə gətirməkdir. Məhz Qarabağ məsələsinə görə  ermeni əhalisi müxalifəti iqnor edib. 
ABŞ, Türkiyə və Azərbaycan Ermənistanda Rusiyanın adamlarının hakimiyyəti zəbt etməsinə imkan verməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31