Münhen Konfransı Azərbaycan üçün hansı əhəmiyyət daşıyır? - ÖZƏL

Fevralın 13-də 62-ci Münhen Təhlükəsizlik Konfransı işə başlayıb. Bu konfrans və nəticələri Azərbaycan üçün hansı əhəmiyyət daşıyır? "Olaylar"ın məlumatına görə, siyasi şərhçi Akşin Kərimov qeyd edib ki, bu Konfransın regional təhlükəsliklə bağlı təsiri danılmazdır: " Azərbaycanla ABŞ arasında münasibətlər fövqəladə qiymət qazandıqca, Ermənistana təzyiqlərin artacağı istisna edilmir. Regionda maksimalist konfiqurasiya qurmaq istəyən dövlətlərin  sərt düşüncə mərkəzləri üçün Azərbaycan-Ermənistan sülh proqramını və ABŞ ilə konstruktiv əlaqələri zədələmək əsas məqsəddir.  Azərbaycan isə müttəfiqlik əlaqələrini gücləndirərək daha qətiyyətli mövqe tutmağa davam edir. Bu mövqe Ermənistanın gələcəyi üçün də vacibdir. Azərbaycanın regionu eskalasiyadan qaçırtmaq üçün yüksək səviyyəli koordinasiyada mərkəzlənmək fəallığı Bakının irəli sürdüyü təhlükəsizlik konsepsiyasına əsaslanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31