Kibertəhlükəsizlik məsələsi milli təhlükəsizliyin əsas komponentidir - ÖZƏL

"Yeni dövrün çağırışlarından olan süni intellekt və kibertəhlükəsizlik müasir yanaşma tələb edir". Olaylar xəbər verir ki , bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib:
"Dövlət başçısının vurğuladığı kimi, süni intellekt artıq dövlət idarəçiliyində qərarvermə proseslərinin ayrılmaz hissəsinə çevrilir. Bu, idarəetmədə operativlik və dəqiqliyi artırır.
Eyni zamanda, kibertəhlükəsizlik məsələsi milli təhlükəsizliyin əsas komponentidir. Azərbaycana qarşı həyata keçirilmiş kiberhücumlar göstərdi ki, bu sahədə daim güclü müdafiə mexanizmləri qurulmalıdır.
Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti bu istiqamətdə sistemli işin aparıldığını təsdiqləyir.
Prezident İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası" ilə bağlı çıxışı ölkəmizin gələcək inkişaf modelini müəyyən edən strateji yol xəritəsidir.
Bu konsepsiya dövlət idarəçiliyində şəffaflığı, iqtisadi rəqabət qabiliyyətini, sosial rifahın yüksəlməsini, milli təhlükəsizliyin möhkəmlənməsini, beynəlxalq nüfuzun artmasını təmin edəcək.
Azərbaycan artıq təkcə enerji və nəqliyyat mərkəzi deyil, eyni zamanda regionun aparıcı rəqəmsal texnologiya platformasına çevrilmək yolundadır. Bu yol Prezident İlham Əliyevin uzaqgörən siyasəti, milli maraqlara əsaslanan strategiyası və güclü siyasi iradəsi sayəsində uğurla davam etdirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31