Hovannisyan: Ermənistanın suverenliyi xaricdən idarə olunan “hibrid” işğalla üz-üzədir – ÖZƏL

Olaylar.az xəbər verir ki, "İrs" partiyasının lideri Raffi Hovannisyan ölkədəki mövcud siyasi vəziyyətlə bağlı kəskin bəyanatla çıxış edib. O, dünyanın hazırda "hamının hamıya qarşı olduğu" qeyri-sabit bir dövrdən keçdiyini və Ermənistanın bu proseslərin mərkəzində dayandığını vurulub.

Siyasətçi qeyd edib ki, əvvəllər Ermənistanın xarici siyasət kursu Rusiyaya yönəlmişdisə, hazırda bu istiqamət Avropa və Amerikaya tərəf dəyişib. Hovannisyan ölkə rəhbərliyini legitimliyini itirməkdə və Ermənistanın suverenliyini xaricdən gələn "hibrid" müdaxilələrə qurban verməkdə ittiham edib. O, mövcud hakimiyyətin fəaliyyətini Ankara-Bakı xəttinin maraqlarına xidmət kimi qiymətləndirib.

Bəyanatda Avropa İttifaqının Ermənistandakı tədbirləri və maliyyə dəstəyi hakimiyyətə verilən birbaşa dəstək kimi xarakterizə olunur. Eyni zamanda, ABŞ-nin siyasəti və hərbi əsirlərin azad edilməsi məsələsində nəticəsiz qalan cəhdlər tənqid atəşinə tutulub.

Partiya lideri vurğulayıb ki, hazırkı "sülh" təbliğatı dövründə erməni xalqının haqları kənara qoyulub, yalnız əcnəbi güclərin maraqları ön plana çıxıb.

Sonda Raffi Hovannisyan Ermənistanın gələcəyinin ağır, lakin əbədi olacağını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31