“Güclü Ermənistan” seçkiyə Samvel Karapetyanla gedir – ÖZƏL

Həbsdə olan erməni iş adamı Samvel Karapetyanın tərəfdarları "Güclü Ermənistan" adlı siyasi partiya yaradıblar. Partiya iyunun 7-nə təyin edilən parlament seçkilərində iştirak etməyi planlaşdırır və baş nazirliyə namizəd kimi Karapetyanı irəli sürüb. Olaylar.az xəbər verir ki, bu barədə Kommersant yazır.

Karapetyan 18 iyun 2025-ci ildə hakimiyyəti ələ keçirməyə açıq çağırış ittihamı ilə saxlanılıb. İş onun Erməni Apostol Kilsəsini müdafiə edən açıqlamalarından sonra açılıb. Hazırda o, istintaq təcridxanasından ev dustaqlığına keçirilsə də, cinayət işi bağlanmayıb.

Bununla yanaşı, Ermənistan Konstitusiyasına görə baş nazir son dörd ildə yalnız Ermənistan vətəndaşı olmalı və ölkədə daimi yaşamalıdır. Karapetyanın isə Rusiya vətəndaşlığı var.

Partiyanın təqdimatında onun qardaşı oğlu Narek Karapetyan bildirib ki, "Güclü Ermənistan" seçkidə qalib gələrsə, parlamentdə Konstitusiyanın 148-ci maddəsinə dəyişiklik təşəbbüsü irəli sürəcək. Partiya yoxsulluqla mübarizə, yeni iş yerlərinin yaradılması və İrəvanın müasir meqapolisə çevrilməsi vədlərini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31