Ramiz Mehdiyevin səs yazısı yayıldı - Xarici xidmət orqanları ilə danışır (VİDEO)
13:49 SiyasətDövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib.
Olaylar.az xəbər verir ki, DTX-nin yaydığı məlumatda Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Ramiz Ənvər oğlunun səs yazıları da yayılıb.
Belə ki, Ramiz Mehdiyev rus dilində Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması ilə bağlı təklifi olduğunu bildirir.
Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğluya təqdim edib, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu "Şərq-Qərb" ASC-nin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.
Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər edib, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib.
Qeyd edilib ki, cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Həmin səs yazılarını təqdim edirik: