Regional sülh və Azərbaycan-ABŞ əməkdaşlığı-Özəl
12:53 Siyasət"Cənubi Qafqazda uzun illər davam edən münaqişənin başa çatması regionun gələcək inkişafı üçün yeni imkanlar açdı. Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşlər nəticəsində əldə olunan razılaşmalar sülh prosesini sürətləndirdi. ABŞ-ın bu prosesdə fəal iştirakı tərəflər arasında razılaşmanın beynəlxalq legitimliyini möhkəmləndirdi". "Olaylar" xəbər verir ki, bunu Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin Sədri Arif Dostiyev deyib: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son altı ay qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi və etimad mühitinin gücləndirilməsi baxımından əlamətdar olub. Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə arasında münasibətlərin institusional əsasını möhkəmləndirdi. Bu sənəd gələcəkdə birgə təşəbbüslərin daha koordinasiyalı şəkildə həyata keçirilməsinə şərait yaradır.
Azərbaycanın beynəlxalq təhlükəsizlik missiyalarında iştirakı Vaşinqton tərəfindən yüksək qiymətləndirilir. Əfqanıstanda aparılan əməliyyatlarda Azərbaycan hərbçilərinin fəaliyyəti və terrorizmə qarşı mübarizədə göstərilən dəstək tərəfdaşlığın praktik əsaslarını gücləndirib. Bu, qarşılıqlı etimadın formalaşmasında mühüm rol oynayıb.
Gələcək perspektivlərə nəzər saldıqda, enerji və nəqliyyat layihələrinin xüsusi əhəmiyyəti görünür. TRIPP kimi təşəbbüslər regionu qlobal ticarət marşrutlarının mühüm hissəsinə çevirə bilər. Bu isə həm iqtisadi inkişafı sürətləndirəcək, həm də sülhün davamlılığını təmin edəcək amillərdən biri olacaq".