Vaqif Xaçaturyan yenidən xəstəxanaya yerləşdirildi

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq İrəvana təhvil verilən Vaqif Xaçaturyan yenidən xəstəxanaya yerləşdirilib. Globalinfo.az xəbər verir ki, bu barədə onun qızı Vera Xaçatryan məlumat yayıb."Atamda aritmiya var. Aparat qoyulması lazımdır, yenidən əməliyyat tələb olunur", - deyə o bildirib.Xatırladaq ki, Vaqif Xaçaturyan yanvarın sonunda xəstəxanadan evə buraxılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31