Qırğızıstan Parlamentinin sədri istefa verdi – Səbəb

Qırğızıstan Parlamentinin sədri Nurlanbek Turgunbek Uulu istefa verib. Globalinfo.az xəbər verir ki, o, ölkədə baş verən siyasi hadisələrə diqqət çəkib.

"Mən bir və ya iki nəfərə yox, xalqa, dövlətə və parlamentə xidmət edirəm. Öz istəyimlə istefa vermək qərarına gəlmişəm və bu, xarici təzyiq olmadan qəbul edilib", - Turqunbek bildirib. Spikerin istefası məsələsi Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçibek Taşiyevin vəzifəsindən azad edilməsindən bəri müzakirə olunur. Lakin bu məlumat parlamentdə təkzib edilmişdi.Turqunbek Ulu 17 dekabr 2025-ci ildə VIII çağırış Parlamentin sədri seçilib. Əvvəlki çağırış dövründə o, həmçinin ölkənin qanunvericilik orqanına rəhbərlik edib.Qeyd edık ki, Qırğızıstan Prezidenti Sadır Japarov bir müddət əvvəl Milli Təhlükəsizlik Dövlət Komitəsinin (DTXK) rəhbəri Kamçibek Taşiyevi və onun üç müavinini vəzifəsindən azad etmişdi. O, qərarını dövlətin birliyini gücləndirmək və cəmiyyətdə parçalanmanın qarşısını almaq zərurəti ilə izah etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31