Azərbaycan -ABŞ strateji tərəfdaşlığının perspektivləri


Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin    Azərbaycan və Ermənistan  səfəri dünya miqyasında çox diqqətçəkən hadisə kimi müxtəlif aspektlərdən geniş şərh olunur. ABŞ vitse-prezidentinin Azərbaycana səfəri çərçivəsində fevralın 10-da Bakıda "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası" imzalandı. Bu  Xartiya ilə  Azərbaycan və  ABŞ  ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini,müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləməklə, regional bağlantılar, iqtisadi sərmayə, təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqlədilər. 
     Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri geosiyasi,regional və ikitərəfli münasibətlər kontekstində mühüm əhəmiyyət kəsb edir.
       ABŞ vitse-prezidenti Azərbaycana gəlib "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalaması iki ölkə arasnda münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltməklə, çox perspektivli yeni müstəviyə çıxarır. Azərbaycan və ABŞ arasında strateji yaxınlaşma,strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi,eləcə də Cənubi Qafqazda güc konfiqurasiyası  baxımından çox önəmli bir mərhələnin başlandığını göstərir;Azərbaycanın Cənubi Qafqazda əsas güc mərkəzi kimi önəmi artır; Zəngəzur dəhlizi layiihəsi Azərbaycan-ABŞ münasibətlərinin mühüm tərkib hissəsinə çevrilir.Azərbaycanın Naxçıvanla birbaşa quruyolu əlaqələrinin yaranmasının təminatı artır. 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı təmin ediləcək.Eyni zamanda  regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyəti qəbul edilir. Azərbaycan və ABŞ arasında münasibətlərin strateji səviyyəyə qaldırılması müdafiə,yüksək texnoogiya,sərmayə qoyuluşu və həm də ABŞ-nin mühüm şirkətlərinin Azərbaycana gəlişi baxımında çox mühüm əhəmiyyət kəsb edir.
     Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq-Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsinin bağlanması işinin  sürətlənməsinə,yaşadığımız regionda sülhü möhkəmləndirməyə ona dayanıqlı xarakter verməyə xidmət edir.  
      Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin həm Azərbaycana,həm də Ermənistan səfəri göstərir ki,Cənubi Qafqazda vəziyyət qarşıdurmadan qarşılılıqlı faydalı əməkdaşlığa,sülh şəraitində yaşamğın üstünlüklərinin əyani ilkin nəticələri,regionun ortaq mənafelərin reallaşdırılması baxımından yaxşıya döğru nə qədər dəyişib;Rusiyanın regiona təsiri nə qədər zəifləyib,onun bu regionda sabitliyi poza bilmə imkanları nə qədər minimuma enib.Bu,Azərbaycanın Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı nətiicəsində əldə etdiyi tarixi qələbə ilə  Cənubi Qafqazda yaratdığı yeni sütuasiya sayəsində mümkün olub. Prosesin sözügedən əsaslarda yeni müstəviyə-sülh və əməkdaşlıq müstəvisinə keçməsi Qarabağ müharibəsi üzərindən məkrli siyasət quranların bu yöndəki kitablarını bağlayır,manevr imkanlarını aradan qaldırır;revanşist dairələri zəiflədir; regionumuz üçün dayanıqlı sülh və sabitliyə dair yeni kitabda yeni səhifələr açır.Bu, Cənubi Qafqazda sabitlik, dayanıqılı sülh,əmin-amanlıq və tərəqqi baxımından çox taleyüklü tarixi postsovet  çağırışlı qeyr-adi və həm də region üçün çox önəmli bir hadisədir.
      Bu kontekstdə  Amerika Birləşmiş Ştatları, Ceyms Devid Vensin Azərbaycana və Ermənistan səfəri ilə  dünyaya işarət etdi ki, Cənubi Qafqaz Rusiyanın təsir sferasının obyekti olmaqdan çıxır,qarşılıqlı faydalı əməkdaşlıq subyektinə çevrilir.ABŞ  Cənubi Qafqazda mövcudluğunu artırır və mövqeyini güclənirir.Bu kontekst bəzi ölkələrdə və bəzi  dairələrində qıcıq yaratsa da, hər halda hər şeyi öz adı ilə adlandırsaq, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan  səfəri-əldə edilən razılaşmalar və onun perspektivləri,postmüharibə mərhələsində nail olunan pozitiv yüklü nəticələrin qorunub saxlanılması,inkişaf etdirilməsi,diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla,qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərinin gerçəkləşdirilməsi baxımından  həqiqətən çox önəmli bir tarixi hadisədir.

Əli Məsimli
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31