Kremldən Vensin İrəvan və Bakıya səfərinə REAKSİYA

Kreml ABŞ-ın vitse -prezidenti Ceyms Di Vensin Azərbaycan və Ermənistana səfərinə reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, suveren dövlətlərin digər ölkələrlə əməkdaşlıq qurmaq hüququ var.

Qeyd edək ki, ABŞ vitse-prezidenti Ceyms Di Vens fevralın 9 və 10-da Ermənistanda, 10 və 11-də isə Azərbaycanda səfərdə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31