Bu, Azərbaycan xalqına hörmətin ifadəsidir – ABŞ səfirliyi
11:31 SiyasətVens ailəsinin Şəhidlər xiyabanını ziyarət etməsi Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir.
Globalinfo.az bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkədə paylaşımında deyilir.
Qeyd olunub ki, fevralın 11-də ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens və İkinci xanım Uşa Vens Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər.
"Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsi olmaqla yanaşı, anım mədəniyyətinin, insan ləyaqətinin və sülhün vacibliyini bir daha vurğuladı", - paylaşımda deyilir. Bu gün ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və İkinci xanım Uşa Vens Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər. Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi... pic.twitter.com/N2PZIrYnMW
- U.S. Embassy Baku (@USEmbassyBaku) February 11, 2026